Ünvansız

понедельник, 15 марта 2010 г.

Hm...!Bu yol,görəsən nə zaman bitəcək?Marağlı sual olsada cavabsızdı.Bir dəgigə...Bəs hamı hara qaçdı?Niyə mən tək addımlayıram?Axı dünənə qədər hamı yanımdaydı və biz birgə addımlayırdığ.Yoxsa...Yoxsa onlarda qaçdılar?Heh...Qaçdılar və yegin indi uzağdan baxıb sevinib üreydən gülürlər.Siz elə bilirsiz məni tək qoyduz?Ağılsızlar,siz məni tərk etdikdə bir şeyi yadınızdan çıxarmısız...
İndi bu mektubu oxuyub gorəsən kimə və nə üçün yazıldığını anlamağa çalışırsız və anlaya bilmirsiz.Bəlkədə necədə yersiz bir yazı olduğunu düşünürsüz.Amma bu məktubda sən,sən,sən,sən,sən və səndə varsan...

Siz öz gedişinizlə mənə heç bir şey etmədiz,yox...Dəyişən bircə şey oldu,o da bu ünvansız yolda artığ sizsiz gedırəm...

Bəs siz,siz öz gedəcəyiniz ünvanı belə degig bilirsiz?

Çökmüş dizlər

Bu gün bir oğlanın atasını bərk qucaqlayıb ağladığını gördüm.Səbəbini bilmədim,atasınında gözləri dolmuşdu,ama özünü saxlayırdı.Ata oğlunu öpüb qoxlayırdı,sanki bu dəqiqə oglanı atanın əlindən məcburi alacağlar.Oğlansa sadəcə günahsız göz yaşlarını atasının ağarmış saçlarına qovuşdururdu.Atanın gözlərində nifrət və qorxu var idi.Ata oğlunun balaca əllərini öz qabarıq və kobud əllərində tutub bir azda hıçqırığla deyirdi:ağlama oğlum,mən yənə gələcəm.Balacaysa ağlayıb atasını bərk qucağlayırdı,uşagin hönkürtüsü atanın parçalanmış qəlbinə daha da yük salırdı.
Bu mənzərə məni dəli edirdi. Elə bu anda bir qadın yaxınlaşıb uşağın əlindən tutub apardı.Uşağın hönkürtüsü hər yeri bürümüşdü,ata diz çöküb ağladı.Gözdən axan yaşlar uşagı dahada agrıdırdı.Ata oğluna əl edərəy: ”Mən yenə gələcəm oğlum,söz verirəm gələcəm”.
Bu anda uşağ anasının əlindən qaçarağ atasına tərəf qaçdı və atasının bükülmüş boynunu qucaqlayıb:mən getməy istəmirəm:dedi.Qadınsa uşağı məcburi dartıb atasınnan ayırdı.
Onlar ayrıldılar və heç vaxt o oğlunu görməyəcəy.Ona təsəlli verəcəy yalnız oğlunun gülümsəyən cırılmış bir şəkli və həmin gün oğlunun göz yaşları olacaq.O, diz çökdü və oğlu getdi.Qəddar həyatsa ona qalib gəldi,o artıq təkdir.
Bəlkədə yaşamaq lazım deyil,ama o yaşayacaq.Yalnız bir ümüdlə yaşayacaq. Oğlunu bir daha görmək ümidi ilə...


Bəlkə lazım deyiləm?

Həyat bizə hər şeyi oyrədir: sevgini,nifrəti,yalanı,aldatmağı və.s kimi şeylər.Amma həyat esas kiməsə lazım olmağı öyrədir.mən bu hissin necə olduğunu bilmirəm,çünki mən heç kimə lazım deyiləm.Hər bir insan eəgər ona lazımsansa onun həyatinda nəsə bir yer tutrsansa deməli ona lazımsan həyatinin sonuna qədər.Amma yox əgər heç kim sənin necə olduğunu niyə bikef olduğunu soruşmursa deməli sən artig həyatin zibil qabısına atılmısan.
Bəlkə məndə heç kimə lazım deyiləm... Mənə nə salam verən var nə hal-əhval tutan,yəgin mən artığ həyatın torunda ilişib qamışam,amma heç kim elini uzadıb kömək etmək istəmir.Hər kəs özünü düşünür,Amma yox... mənim burda yerim yoxdur,mən heç kimə lazım deyiləm.
GEDİRƏM !!! DÖNMƏMƏK ŞƏRTİLƏ GEDİRƏM.ƏLVİDA.....!

Başdan

суббота, 13 марта 2010 г.



21.12.1989...Adi bir gün.Soyuğ,şaxta və həyatın torunda ilişəcək daha bir nəfər.Hər şey çox gözlədi.Onlar sevinirlə,gülürlər qısaca dünyanı əllərində hiss edirlər...
Üstünnən dörd il keçsin və artığ beş yaş...Sanki dəmir hasara alınır ürək.Damarlar sıxılır,beyində artığ cavabsız qalacağ suallar yaranır...Cavabları burda,zamanın durduğu yerdə axtaracam,tapmağıma ümid etməyərək...
Donmuş həyatıma xoş gəldiz "Əyniniz qalındırsa"!!!