Çökmüş dizlər

понедельник, 15 марта 2010 г.

Bu gün bir oğlanın atasını bərk qucaqlayıb ağladığını gördüm.Səbəbini bilmədim,atasınında gözləri dolmuşdu,ama özünü saxlayırdı.Ata oğlunu öpüb qoxlayırdı,sanki bu dəqiqə oglanı atanın əlindən məcburi alacağlar.Oğlansa sadəcə günahsız göz yaşlarını atasının ağarmış saçlarına qovuşdururdu.Atanın gözlərində nifrət və qorxu var idi.Ata oğlunun balaca əllərini öz qabarıq və kobud əllərində tutub bir azda hıçqırığla deyirdi:ağlama oğlum,mən yənə gələcəm.Balacaysa ağlayıb atasını bərk qucağlayırdı,uşagin hönkürtüsü atanın parçalanmış qəlbinə daha da yük salırdı.
Bu mənzərə məni dəli edirdi. Elə bu anda bir qadın yaxınlaşıb uşağın əlindən tutub apardı.Uşağın hönkürtüsü hər yeri bürümüşdü,ata diz çöküb ağladı.Gözdən axan yaşlar uşagı dahada agrıdırdı.Ata oğluna əl edərəy: ”Mən yenə gələcəm oğlum,söz verirəm gələcəm”.
Bu anda uşağ anasının əlindən qaçarağ atasına tərəf qaçdı və atasının bükülmüş boynunu qucaqlayıb:mən getməy istəmirəm:dedi.Qadınsa uşağı məcburi dartıb atasınnan ayırdı.
Onlar ayrıldılar və heç vaxt o oğlunu görməyəcəy.Ona təsəlli verəcəy yalnız oğlunun gülümsəyən cırılmış bir şəkli və həmin gün oğlunun göz yaşları olacaq.O, diz çökdü və oğlu getdi.Qəddar həyatsa ona qalib gəldi,o artıq təkdir.
Bəlkədə yaşamaq lazım deyil,ama o yaşayacaq.Yalnız bir ümüdlə yaşayacaq. Oğlunu bir daha görmək ümidi ilə...