Hm...!Bu yol,görəsən nə zaman bitəcək?Marağlı sual olsada cavabsızdı.Bir dəgigə...Bəs hamı hara qaçdı?Niyə mən tək addımlayıram?Axı dünənə qədər hamı yanımdaydı və biz birgə addımlayırdığ.Yoxsa...Yoxsa onlarda qaçdılar?Heh...Qaçdılar və yegin indi uzağdan baxıb sevinib üreydən gülürlər.Siz elə bilirsiz məni tək qoyduz?Ağılsızlar,siz məni tərk etdikdə bir şeyi yadınızdan çıxarmısız...
İndi bu mektubu oxuyub gorəsən kimə və nə üçün yazıldığını anlamağa çalışırsız və anlaya bilmirsiz.Bəlkədə necədə yersiz bir yazı olduğunu düşünürsüz.Amma bu məktubda sən,sən,sən,sən,sən və səndə varsan...
Siz öz gedişinizlə mənə heç bir şey etmədiz,yox...Dəyişən bircə şey oldu,o da bu ünvansız yolda artığ sizsiz gedırəm...
Ünvansız
Müəllif: life_waiter на 21:37 0 коммент.
Çökmüş dizlər
Bu gün bir oğlanın atasını bərk qucaqlayıb ağladığını gördüm.Səbəbini bilmədim,atasınında gözləri dolmuşdu,ama özünü saxlayırdı.Ata oğlunu öpüb qoxlayırdı,sanki bu dəqiqə oglanı atanın əlindən məcburi alacağlar.Oğlansa sadəcə günahsız göz yaşlarını atasının ağarmış saçlarına qovuşdururdu.Atanın gözlərində nifrət və qorxu var idi.Ata oğlunun balaca əllərini öz qabarıq və kobud əllərində tutub bir azda hıçqırığla deyirdi:ağlama oğlum,mən yənə gələcəm.Balacaysa ağlayıb atasını bərk qucağlayırdı,uşagin hönkürtüsü atanın parçalanmış qəlbinə daha da yük salırdı.
Bu mənzərə məni dəli edirdi. Elə bu anda bir qadın yaxınlaşıb uşağın əlindən tutub apardı.Uşağın hönkürtüsü hər yeri bürümüşdü,ata diz çöküb ağladı.Gözdən axan yaşlar uşagı dahada agrıdırdı.Ata oğluna əl edərəy: ”Mən yenə gələcəm oğlum,söz verirəm gələcəm”.
Bu anda uşağ anasının əlindən qaçarağ atasına tərəf qaçdı və atasının bükülmüş boynunu qucaqlayıb:mən getməy istəmirəm:dedi.Qadınsa uşağı məcburi dartıb atasınnan ayırdı.
Onlar ayrıldılar və heç vaxt o oğlunu görməyəcəy.Ona təsəlli verəcəy yalnız oğlunun gülümsəyən cırılmış bir şəkli və həmin gün oğlunun göz yaşları olacaq.O, diz çökdü və oğlu getdi.Qəddar həyatsa ona qalib gəldi,o artıq təkdir.
Bəlkədə yaşamaq lazım deyil,ama o yaşayacaq.Yalnız bir ümüdlə yaşayacaq. Oğlunu bir daha görmək ümidi ilə...
Müəllif: life_waiter на 21:20 0 коммент.
Başdan
Müəllif: life_waiter на 00:36 0 коммент.

